RU

Fiziyev Ataman ləqəbinin sirrini açıqladı

BAKI. 15 iyun. TELEQRAF

Azərbaycanı UFC-də təmsil edən Rafael Fiziyev Ataman ləqəbi almasının tarixçəsini açıqlayıb.

Teleqraf-ın məlumatına görə, tanınmış idmançı ona bu ləqəbi UFC çempionu Valentina Şevçenkonun məşqçisi Pavel Fedotovun verdiyini bildirib.

O, məzəli əhvalatın olduğunu söyləyib: "Mən məktəbə gedirdim, atam isə evə həftədə, on gündə bir dəfə gəlirdi. Bir gün qayıdanda soruşdu ki, sinifdə ataman kimdir? Mən isə bu sözün nə demək olduğunu bilmirdim. Atam "Kimisə əsəbiləşdirirsən? Mənim oğlum kimisə əsəbiləşdirməlidir!" söylədi. Üstümə gəldi, düşündü ki, sinifdə ataman deyiləm. Sonradan anam mənə atamanın nə demək olduğunu izah etdi. Beləliklə, uşaqlıqdan ataman oldum və mənə hörmət etməyə başladılar".

Fiziyev Tailandda Fedotovla söhbət zamanı peşəkar karyerasının başlama vaxtını danışarkən, hansı ləqəbi götürməsinin gərəkliyindən söhbət düşdüyünü söyləyib: Fikirləşməyə getdik. Hərbçi olduğumdan, hərbi mövzu xoşuma gəlirdi. Hər zaman hərbi qurğuları izləyirdim. Fedotovla ləqəm məsələsi barədə çox danışdıq və o, bir gün dedi: "Qısası, Ataman olacaqsan"! Amma uşaqlıqdakı əhvalatımı ona heç vaxt danışmamışdım, özü də bilmirdi. 2015-ci ildən mənim belə ləqəbim var".

Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək UFC gecəsində Çilidən olan İqnasio Baxamondeslə üz-üzə gələcək.

Избранный
19
teleqraf.com

1Источники