BAKI, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
TurkicWorld xəbər verir ki, dövlət başçısı bununla bağlı X hesabında paylaşım edib.
“Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və sevgilərini çatdırıram”, – deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidentinin mətbuat katibi Fəxrəddin Altun da Azərbaycanı bu münasibətlə təbrik etmişdi.