RU

İrandan təxliyə olunan rus musiqiçilər Bakıda təşəkkür konserti verəcək


Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Çaykovski adına Böyük Simfonik Orkestrin bütün musiqiçilərinin iyunun 15-də İrandan Azərbaycana təhlükəsiz şəkildə təxliyə olunduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, məlumatı nazir özünün Telegram kanalında paylaşıb.
“Bu gün Pyotr İliç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçiblər. Dünən isə Fyodor Bondarçukun çəkiliş qrupu eyni marşrutla İranı tərk edib. Hamı sağdır, hər şey qaydasındadır”, – deyə nazir yazıb.
Nazir əlavə edib ki, təxliyənin həyata keçirilməsində Rusiyanın Tehran və Bakıdakı səfirlikləri, həmçinin Azərbaycan və İran rəsmiləri yaxından iştirak ediblər. Lyubimovanın sözlərinə görə, bu çətin vəziyyətdə göstərilən dəstəyə təşəkkür olaraq, orkestr iyunun 16-da Bakıda, Azərbaycan Dövlət Filarmoniyasında xüsusi konsert proqramı ilə çıxış edəcək.
Избранный
20
1
yeniavaz.com

2Источники