RU

Goranboyda maşın AŞDI - Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində baş verib.

Belə ki, Hacallı kənd sakini, 1998-ci il təvəllüdlü Ramil Dadaşov "VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın aşıb.
 

Qəza zamanı sürücu R.Dadaşov və sərnişin Laçın Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.


Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Избранный
16
bizim.media

1Источники