RU

İsrail Məşəd aeroportunu vurdu - VİDEO

Britaniyalı Filip Hanson, polşalı Robert Kubitsa və çinli Ye İfeyin təşkil etdiyi "AF Corse" komandasının ekipajı "Ferrari" hiperkarı ilə 24 saatlıq Le-Man yarış marafonunun qalibi olub.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, 25 yaşlı Hanson üçün bu, 24 saatlıq marafonda ikinci qələbədir. O, 2020-ci ildə də bu yarışı qazanıb.

Qeyd edək ki, "Ferrari" komandası ardıcıl üçüncü dəfə əfsanəvi yarışın qalibi olub. 2023 və 2024-cü illərdə də əsas hiperkar sinfində qələbə "Ferrari"nin zavod komandası tərəfindən qazanılıb. Builki 24 saatlıq marafonda onlar üçüncü olublar. Yarışda ikinci yeri isə "Porsche" komandası tutub.

Избранный
39
avtosfer.az

1Источники