İran Silahlı Qüvvələri İsrailin “Rafael” şirkətinin silah zavoduna zərbə endirib.
KONKRET.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” ivritdilli mənbələrə istinadən bildirib.
“İsrail rejiminin “Rafael” silah zavodu bu gecə İranın raket zərbəsi hücumuna məruz qalıb”, – məlumatda vurğulanıb.
22:03
İran Silahlı Qüvvələri Təl-Əviv və Hayfa şəhərlərinə raket zərbələri endirir.
KONRKET.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
“Hayfa və Təl-Əvivə silsilə zərbələr endirilir”, – agentliyin teleqram kanalında qeyd olunub.
Raketlərdən birinin Hayfanı vurduğu bildirilib.