RU

ABŞ səfirliyi vətəndaşlarına İranı Azərbaycan sərhədi vasitəsilə tərk etməyi tövsiyə edib

Bakı. Trend:

ABŞ-ın İrandakı virtual səfirliyi amerikalı vətəndaşlara İranıtərk etməklə bağlı çağırış edib.

Trend xəbər verir ki, bubarədə səfirliyin rəsmi veb-saytında bildiriş yerləşdirilib.

“ABŞ vətəndaşları heç bir halda İrana səfər etməməli və hazırdaorada olanlar ölkəni dərhal tərk etməlidirlər. İranı tərk etməkimkanına malik olmayan şəxslər isə uzun müddətlik sığınacaqşəraitində qalmağa hazır olmalıdırlar”, – deyə məlumatda qeydolunub.

Bildirişdə xatırladılıb ki, ABŞ-ın İranla diplomatik vəkonsulluq əlaqələri mövcud deyil və Vaşinqtonun maraqlarını buölkədə İsveçrə təmsil edir.

Səfirlik amerikalı vətəndaşlara İranı Azərbaycan, Ermənistan vəya Türkiyə sərhədlərindən keçməklə tərk etməyi tövsiyə edir.

“Azərbaycanın quru sərhədləri əsasən bağlı qalsa da, 15 iyuntarixində ABŞ vətəndaşlarının xüsusi icazə əsasında Astarasərhəd-keçid məntəqəsindən Azərbaycana daxil olması mümkündür”, –deyə virtual nümayəndəlik qeyd edib.

Eyni zamanda, amerikalıların Astara sərhədinə yollanmadan öncəAzərbaycan hökumətindən icazə almalarının vacibliyi vurğulanıb.Bildirilib ki, bu proses ABŞ-ın Bakıdakı səfirliyi tərəfindəntəşkil edilməlidir.

Sonda nümayəndəlik Azərbaycana keçmək niyyətində olan şəxslərəABŞ-ın Bakıdakı səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

Qeyd edək ki, Astara sərhəd-keçid məntəqəsi xarici vətəndaşlarınöz ölkələrinə qayıtması üçün açıq saxlanılıb.

Избранный
31
8
az.trend.az

9Источники