RU

Ərdoğanın ayaqqabısının qiyməti ilə bağlı rəsmi açıqlama

BAKI, 15 iyun. TELEQRAF

Türkiyədə "İYİ Partiya"dan olan millət vəkili Turhan Çömez dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 300 min lirəlik (13 min manat) ayaqqabı geyindiyini iddia edib.

Teleqraf xəbər verir ki, sosial mediada başlayan müzakirələrdən sonra Dezinformasiya ilə Mübarizə Mərkəzi açıqlama ilə çıxış etməli olub.

Bəyanatda sözügedən iddiaların həqiqətə uyğun olmadığı bildirilib:

“Prezident Rəcəb Tayyib Ərdoğanın “xarici brendin ayaqqabısını geyməsi və onun qiymətinin 5550 avro olması”na dair iddialar dezinformasiyadır.

Prezidentin geyindiyi ayaqqabılar iddia edildiyi kimi xarici brend deyil, tamamilə yerli istehsaldır. Buna görə də, ayaqqabıların iddia edilən marka və ya qiymətlə heç bir əlaqəsi yoxdur.

Prezidentimiz milli sənayemizin inkişafına rəhbərlik edir və Türkiyənin daxili istehsal potensialını gücləndirəcək, xarici asılılığı aradan qaldıracaq addımları dəstəkləyir”.

Qeyd edək ki, deputat prezidentin ayaqqabısının qiyməti ilə bağlı açıqlamasında bildirib: "Stefano Ricci", İtaliya istehsalı. Timsah dərisi. Qəhvəyi. Düz 300 min TL. 20 təqaüdçü bir araya gəlsəydilər, aylıq pensiyaları ilə ancaq bir cüt ayaqqabı ala bilərdi. Şabalıd balı, camış qatığı, Mədinə xurması və yulaf əzməsinə pulları qalmazdı!"

Yazı qısa zamanda sosial mediada müzakirə mövzusuna çevrilib.

Bildirilir ki, Ərdoğanın geyindiyi dəbdəbəli ayaqqabının markası olan "Stefano Ricci" timsah dərisindən hazırlanan məhsulları ilə tanınır və dünyanın ən bahalı kişi geyimi markaları arasındadır.

Избранный
17
teleqraf.com

1Источники