Rusiya İsrail kimi Ukrayna rəhbərliyini məhv edə bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir “Solovyov Live” proqramının aparıcısı Marat Bulatova məxsusdur.
O, efirdə çıxışı zamanı Ukrayna rəhbərliyinin – o cümlədən Kirylo Budanovun, Andrey Yermakın və digər şəxslərin fiziki olaraq aradan qaldırılması ehtimalına eyham vurub:
“Əslində, indi Budanov, Yermak və digər əclaflar havaya uça bilər. Yəni belə bir zərbə mümkünmü? Yaxşı, ümid edək ki, bu sualın cavabı tezliklə veriləcək,” – deyə o bildirib.
Musavat.com