Klublararası dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib.
Mayamidə təşkil edilən turnirdə PSJ və "Atletiko"(Madrid) üz-üzə gəliblər. Matç Paris təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, daha öncə keçirilən qarşılaşmada "Əl-Əhli" - "İnter Mayami" 0:0, "Bavariya" - "Oklend Siti" matçında isə 10:0 hesabı qeydə alınıb.
15 iyun
B qrupu
23:00. PSJ (Fransa) - “Atletiko” (Madrid, İspaniya) - 4:0
Qollar: F.Ruiz,19, Vitinha,45+1, S.Mayulu,87, Lee Kang-İn,90+7(pen)