RU

Lavrov vəzifədən nə vaxt gedəcəyi AÇIQLADI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırkı vəzifəsində hansı müddətədək işləyəcəyi barədə sualı cavablandırıb.

Modern.az xəbər verir ki, Lavrov Rusiyaya nə qədər lazımdırsa, o qədər xidmət edəcəyini bildirib.

“Niyə belə sual verdiyinizi həqiqətən başa düşə bilmirəm. Ölkəmin mənə ehtiyacı olduğu müddətcə mən ona xidmət edirəm”,- Lavrov Doha Forumu çərçivəsində onlayn çıxış edərkən deyib.
 

Lavrov 2004-cü ildən Rusiyanın xarici işlər naziri vəzifəsində çalışır. Bundan əvvəl o, 10 il Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi olub.

Избранный
464
50
modern.az

10Источники