RU

Kürdəmirdə 21 min sakinə xidmət edən magistral su boru xətti partlayıb

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kürdəmirdə şəhər ərazisini və dörd kəndi içməli su ilə təmin edən magistral su borusu partlayıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə iyun ayının 14-də axşam saatlarında qeydə alınıb.

Dərhal hadisə yerinə Kürdəmir su melorasiya sistemlərinin istismarı idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Su xəttində baş vermiş hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.

Kürdəmir su melorasiya sistemlərinin istismarı idarəsini rəis müavini Arzu Şahbazov bildirib ki, 21 min sakini içməli su ilə təmin edən Külüllü-Kürdəmir su xəttinin 560 millimetr diametrlik su xəttində qəza baş verib. Həmin andan qəzanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilib. Yaxın saatlarda su təchizatı bərpa olunacaq.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xəttinin inşasına 2011-ci ildə başlanılıb və 2013-cü ildə tamamlanaraq istifadəyə verilib. Bu magistral su xəttindən Kürdəmir şəhəri daxil olmaqla rayonun 4 kəndi o cümlədən Xırdapay,Atakişili,Qaraqocalıvə Çöhranlı kəndlərinin əhalisi mütəmadi olaraq istifadə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
6
azpolitika.info

10Источники