RU

Gəncədə avtomobil qəzası olub, yaralananlar var

Gəncə şəhərində iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər yaralanıb.

Publika.az xəbər verir ki, Gəncə şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində 1981-ci il təvəllüdlü N. Həsənov, 2005-ci il təvəllüdlü Z. Abbasova, 1981-ci il təvəllüdlü Z. İbrahimov və 1993-cü il təvəllüdlü A. İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Избранный
24
3
publika.az

4Источники