RU

Velosipedin daha bir faydası üzə çıxdı

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Velosiped sürmək demensiya və kəmağıllılıq riskini 40 faizədək azaldır. 

Avtosfer.az xəbər verir ki, bu qənaətə avropalı tədqiqatçılar gəliblər. Araşdırma zamanı məlum olub ki, velosiped sürərkən ayaq əzələlərinin daimi işləməsi nəticəsində beynə gedən qanın da həcmi artır. Nəticədə beyində iltihabi proseslər ləngiyir.Bundan başqa, velosiped sürən şəxs daim ətrafı “skan edir”, vəziyyəti nəzarətdə saxlayır, qərar verir. Bu da beynin daha sürətlə işləməsi və yaddaşın möhkəmlənməsi ilə nəticələnir.

Lakin tədqiqatçılar bir məsələni xüsusi qeyd edirlər: söhbət təhlükəsiz, xüsusi ayrılmış yolda velosiped sürməkdən gedir. Riskli sürüş heç bir halda fayda vermir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
avtosfer.az

2Источники