“Mançester Yunayted”dən ayrılacağı gözlənilən Alexandro Qarnaço “Bayer”dən təklif alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Argentinalı futbolçu təklifi rədd edib və o, Premyer Liqadan başqa kluba keçmək istəyir.
Qarnaço başa çatan mövsümdə 58 oyunda 11 qol vurub, 10 məhsuldar ötürmə edib.