RU

SEPAH: Əməliyyatlar İsrail rejimi tamamilə məhv olanadək davam edəcək

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran Silahlı Qüvvələrinin elitar birləşmələri olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tel-Əvivə qarşı hərbi əməliyyatların "İsrail rejimi" tamamilə məhv olanadək davam etdiriləcəyini bildirib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə SEPAH-ın Mətbuat Xidməti tərəfindən yayılan bəyanatda deyilir.

Qeyd olunub ki, qarşıdakı əməliyyatlar daha sərt və sarsıdıcı olacaq.

"Bu cinayətkar rejimi dəstəkləyənlər bilməlidirlər ki, həyati əhəmiyyətli hədəflərinə qarşı səmərəli, dəqiq və sarsıdıcı əməliyyatlar onun tam məhv olmasına qədər davam edəcək", - deyə bəyanatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
oxu.az

1Источники