RU

Taksi parkları avtomobil oğurluğuna rəvac verir EKSPERT RƏYİ

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyada bu il avtomobil oğurluğu nisbətən azalsa da, ekspertlər bunu müvəqqəti hesab edirlər. 

Avtosfer.az “Za Rulyom” jurnalına istinadla xəbər verir ki, son bir ildə Federasiyada avtomobil oğurluğu 10 faizədək azalıb. Rusiya mediası bunu oğurluq maşınların satılmasının çətinləşməsi ilə izah edir.

Lakin ekspertlər, başqa bir məsələdə həyəcan təbili çalırlar. Onların fikrincə, Rusiyadan kənarda istehsal olunmuş maşınların taksidə istismarının qadağan edilməsi ilə vəziyyət tam dəyişəcək.

Taksi parkları yerli modellərə keçdikdən sonra ucuz detallara tələbat artacaq. Bu da avtomobillərin satış üçün deyil, ehtiyat hissələrdən istifadə üçün oğurlanmsını sürətləndirəcək.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
avtosfer.az

1Источники