
İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 220-dən şox insa ölüb, 1200-dən çox insan yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur “X” sosial şəbəkə səhifəsində bildirib.
“Sionist rejimin 65 saatlıq təcavüzündən sonra ölən və yaralananların sayı 1481 nəfərə çatıb ki, onlardan 224 nəfəri ölüb, 1277 nəfəri yaralanıb”,
O qeyd edib ki, qurbanların 90%-dən çoxu dinc sakinlər, o cümlədən qadınlar və uşaqlardır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai isə “X” sosial şəbəkə səhifəsində bildirib ki, İsrailin Tehrana son üç hava hücumu nəticəsində 73 qadın və uşaq ölüb.