İsrailin Beyt-Şean şəhəri və Təbəriyyə gölünün cənubunda yerləşən ərazilərdə potensial dron hücumu təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib.Metbuat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinə (IDF) bağlı Beyt-Şean Daxili Cəbhə Komandanlığı məlumat yayıb. Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İranın hərbi obyektlərinə hava zərbələri endirib. Həmin zərbələr nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, SEPAH-ın baş komandanı Hüseyn Salami, Xatəm əl-Ənbiya Qərargahının rəhbəri Qulaməli Rəşid, altı nüvə alimi və digər yüksək vəzifəli şəxslər həlak olub.Bunun cavabı olaraq elə həmin günün axşamı İran “Həqiqi Vəd III Əməliyyatı” çərçivəsində İsrailin müxtəlif şəhərlərinə, o cümlədən Tel-Əvivə yüzlərlə ballistik raket və pilotsuz uçuş aparatı göndərib. Hücum nəticəsində mülki itkilər və genişmiqyaslı dağıntılar qeydə alınıb.