RU

İsrailə Yəməndən hücum edildi

Sfera.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri (IDF) Yəmən ərazisindən İsrail istiqamətinə raket buraxıldığını aşkar etdiklərini açıqlayıb. 

Sfera.az xəbər verir ki, ordunun rəsmi məlumatda bildirilir ki, “İsrail Hərbi Hava Qüvvələri təhlükənin qarşısını almağa çalışır”.

Hadisə ilə əlaqədar ölkənin cənub bölgəsində xüsusilə Beer Şeva şəhəri və Negev səhrası ətrafında hava hücumu xəbərdarlıq siqnalları işə salınıb. İsrail ordusu daha sonra yayımladığı açıqlamada raketin İsrail hava məkanına daxil olmadan öncə yerə düşdüyünü bildirib. Hazırda insidentin nəticələri ilə bağlı əlavə araşdırmalar aparılır.

Fidan Hacızadə

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
sfera.az

2Источники