RU

İsrail SEPAH-ın kəşfiyyat rəisinin öldürüldüyünü təsdiqlədi

BAKI, 16 iyun. TELEQRAF

İsrail ordusu Hərbi Hava Qüvvələrinin Tehrana endirdiyi hava zərbəsi nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının rəisi də daxil olmaqla, dörd yüksək rütbəli kəşfiyyatçının öldürüldüyünü təsdiqləyib.

Teleqraf xəbər verir, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, qırıcı təyyarələrin endirdiyi zərbə Tehranda bir neçə İran kəşfiyyat rəsmisinin toplandığı binaya tuş gəlib. Nəticədə SEPAH-ın Kəşfiyyat Təşkilatının rəhbəri briqada generalı Məhəmməd Kazemi, onun müavini Həsən Mühəqiq, həmçinin Qüds Qüvvələrinin kəşfiyyat rəisi və onun müavini həlak olub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.

Избранный
24
teleqraf.com

1Источники