RU

Rusiya prezidentinin köməkçisi: 6060 meyit Ukrayna tərəfinə təhvil verilib

Rusiya İstanbulda verdiyi vədləri yerinə yetirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin ölən zabit və əsgərlərinin ümumilikdə 6060 nəfərin meyiti Ukrayna tərəfinə təhvil verilib.

"Ukrayna tərədindən 78 hərbçimizin meyiti təhvil alınıb.. Əsirlərin dəyişdirilməsi də davam edir. Cəbhə xəttindən ağır yaralıların təcili tibbi yardımı həyata keçirilib", - Medinski əlavə edib.

Избранный
17
7
apa.az

8Источники