RU

Xamenei bunkerə köçürüldü


İranın ali dini lideri Əli Xamenei Tehranın şimal-şərqindəki Lavisan bölgəsindəki bunkerə köçürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İran İnternational” iki mənbəyə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, bu, iyunun 13-də səhər saatlarında İsrailin zərbələrindən bir neçə saat sonra baş verib.
Mənbələrin dediklərinə görə, Xamneinin bütün ailə üzvləri də onun yanındadır.
Digər tərəfdən, “Wall Street Journal” qəzeti İsrail rəsmisinə istinadla bir gün əvvəl Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda yazıb ki, İsrail hakimiyyəti Xamenei də daxil olmaqla İranın nüvə proqramını məhv etmək üçün potensial hədəfləri nəzərdən keçirir.
Qəzetin mənbəsinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri təkcə qarşı tərəfin nüvə infrastrukturunu deyil, həm də siyasi və hərbi sabitliyini pozmaq üçün zərbələr endirir.
Избранный
11
1
yeniavaz.com

2Источники