İtaliyanın "Komo" klubu Martin Baturinanı transfer edib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Zaqreb "Dinamo"sunun yetirməsi olan Baturina 2021-ci ildən əsas komandada çıxış edirdi. 22 yaşlı istedadlı oyunçu burada 165 oyunda 22 qol vurub və 39 məhsuldar ötürmə edib.
Sesk Fabreqasın çalışdırdığı "Komo" ötən mövsüm A Seriyasını 49 xalla 10-cu yerdə bitirib. Onlar bu mövsüm daha uğurlu çıxış etmək istəyir.