RU

Bavariya tarixində ən çox qol vuran üçüncü futbolçu oldu

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya təmsilçisi "Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller klub tarixində ən çox qol vuran üçüncü futbolçu olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi bunu klublararası dünya çempionatında Yeni Zelandiyanın "Oklend Siti" klubu ilə matçında həyata keçirib.

35 yaşlı futbolçu komandasının 10:0 hesablı qələbə qazandığı görüşdə dubl müəllifi olub. Bununla da yarımmüdafiəçi "Bavariya"nın heyətində vurduğu qolların sayını 250-yə çatdırıb.

Qeyd edək ki, Münhen təmsilçisinin heyətində ən çox qol vurmuş futbolçu Herd Müllerdir. Sabiq hücumçu 570 dəfə fərqlənməyi bacarıb. Hazırda "Barselona"da çıxış edən polşalı Robert Levandovski isə 344 qolla ikincidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
5
bakivaxti.az

6Источники