RU

İran hücumu qorxusu: Knessetin iclası bunkerə keçirildi

ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail parlamenti – Knesset, İranın mümkün raket hücumları ilə bağlı təhlükəsizlik narahatlıqları səbəbindən bugünkü iclasını fövqəladə qaydada yeraltı sığınacaq zalında keçirəcək.

 Tribunainfo.az xəbər verir ki, bu barədə İsrail mediası Knesset rəhbərliyinə istinadla məlumat yayıb.

Məlumata görə, qərar ölkədə artan təhlükə fonunda qəbul olunub və iclas iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

İsrail rəsmiləri parlamentin fəaliyyətində fasilə olmadığını, lakin müvəqqəti olaraq fövqəladə rejimə keçid etdiyini bildiriblər. Təhlükəsizlik orqanları Knessetin yerləşdiyi ərazi ətrafında nəzarəti gücləndirib.

Ekspertlər bu addımı ölkədə təhlükə səviyyəsinin nə qədər ciddi olduğunu göstərən siqnal kimi qiymətləndirirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
4
tribunainfo.az

5Источники