RU

Ərdoğan Putin və Pezeşkianla İsrail-İran qarşıdurmasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İsrail və İran arasında davam edən münaqişəni müzakirə edib.

Ölkə.az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.

Danışıqlarda İsrail və İran arasındakı münaqişə, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Pezeşkian ilə danışığında İsrail və İran arasında münaqişə prosesi ilə bağlı liderlərlə bir sıra təmaslar apardığını, Türkiyənin münaqişələrin dərhal sona çatması və nüvə danışıqlarına qayıtması üçün yardımçı rol oynamağa hazır olduğunu bildirib.

Türkiyə prezidenti daha sonra Vladimir Putinlə telefon danışığı aparıb.

Türkiyənin ilk gündən hücumlara son qoymaq üçün diplomatik təşəbbüslərə diqqət yetirdiyini bildirən Ərdoğan, İranla problemlərin həllinin yeganə yolunun diplomatiya olduğunu və ən qısa zamanda danışıqlar masasına qayıtmaları lazım olduğunu bildirib.

Rusiya prezidenti Putin də münaqişələrin tez bir zamanda dayandırılması və diplomatiya üçün məkanın açılması ilə bağlı Ərdoğanla razılaşdığını bildirib.

Həmidə İbrahimova

Избранный
19
olke.az

1Источники