RU

“The Purest Solutions” Xəzər sahilində təmizlik aksiyası keçirdi Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

5 iyun — Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə özəl “Yussal Provision” şirkəti Azərbaycanda rəsmi distribütoru olduğu “The Purest Solutions” brendi ilə birgə “Təmiz Dəri, Təmiz Planet” adlı sahil təmizliyi layihəsi həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, aksiya Xəzər sahilində, Şıxov bölgəsində baş tutub. 

Layihənin əsas məqsədi “The Purest Solutions” brendinin təmiz və təhlükəsiz tərkiblərə əsaslanan dəyərlərini nümayiş etdirməklə yanaşı, ətraf mühitin qorunmasına və ekoloji maarifləndirməyə dəstək vermək idi. Bu təşəbbüs vasitəsilə həm brendin təbiətə qarşı məsuliyyətli yanaşması vurğulandı, həm də cəmiyyətdə ekoloji şüurun formalaşmasına və ətraf mühitin qorunmasına töhfə verildi.

Aksiyada “Yussal Provision” əməkdaşları və könüllülər fəal iştirak etdilər. Tullantıların toplanması üçün iştirakçılar komandalara bölündü və gün ərzində ən çox tullantı toplayan komanda xüsusi mükafatlarla təltif olundu. Qeyd edək ki, qalib komandaya “The Purest Solutions” tərəfindən hədiyyələr təqdim edildi. 

Bu layihə “The Purest Solutions”un yalnız dəriyə deyil, həm də yaşadığımız çevrəyə dəyər verdiyini göstərdi. “Təmiz dəri, təmiz planet” şüarı altında keçirilən bu layihə, gözəlliyin yalnız xarici görünüşdən ibarət olmadığını, onun həm də yaşadığımız mühitə göstərdiyimiz qayğı ilə ölçüldüyünü bir daha vurğuladı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
qafqazinfo.az

2Источники