RU

Netanyahu: "Tehranı tərk edin"

Hurriyyet.az "TRT Haber" kanalına istinadla xəbər verir ki, İsrailin müdafiə naziri İsrail Katzın tehranlıları təhdid etməsindən sonra İsrailin Baş naziri Binyamin Netanyahu da "Tehran əhalisinin köçürülməli olduğunu" bəyan edib.

Netanyahu Tel Nof aerobazasına səfərdən sonra verdiyi açıqlamada deyib: "İsrail Hava Qüvvələri Tehranın hava məkanına nəzarət edir". Netanyahu "nüvə təhlükəsinin və İranın hərbi imkanlarının aradan qaldırmaq məqsədinə çatmaq yolunda olduqlarını" söyləyib.

İsrailin Baş naziri bildirib: "Biz Tehran vətəndaşlarına deyirik: şəhəri boşaldın".

Qeyd edək ki, İsrailin müdafiə naziri Katz, İranın cavab addımı ilə bağlı açıqlama verərək, "İsraildəki mülki insanları hədəf alır və bunun əvəzini Tehran sakinləri ödəyəcək" sözlərini demişdi.

Bu reaksiyanın ardınca Katz yazılı açıqlama verərək: "Tehran sakinlərinə fiziki zərər vermək niyyətində deylik", -  deyə bəyan etmişdi.

Hürr Tərcüman

 

Избранный
32
hurriyyet.az

1Источники