RU

Bakıda qəza törədib hadisə yerindən qaçan şəxs saxlandı


Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada svetoforu sıradan çıxıb, digər nəqliyyat vasitəsinə zərər dəyib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb.

Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib.

ZÜMRÜD

Избранный
28
20
baki-xeber.com

10Источники