RU

Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Fondunun baş direktoru ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb.

Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşdə ölkəmizin əlverişli investisiya mühiti və iqtisadi potensialını vurğuladıq. Enerji, infrastruktur, innovasiya və digər sahələrdə əməkdaşlıq məsələlərini nəzərdən keçirdik, Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanlarını müzakirə etdik”, - M.Cabbarov qeyd edib.

Избранный
28
9
report.az

10Источники