RU

İqor Tudor: “Yuventus” DÇ-yə ancaq işitirak üçün gəlməyib”

“Yuventus”u baş məşqçisi İqor Tudor “byankoneri”nin 2025-ci il FIFA Klub Dünya Kubokunda iştirakı haqda söhbət açıb.

Arena.az “Yuventus”un rəsmi saytına istinadən, 47 yaşlı xorvat mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Həyəcanımız var, çünki biz bu yarışda ilk dəfə iştirak edəcəyik. “Yuventus” qələbə qazanmağa həmişə can atır. Biz buna təvazökarlığımızı qoruyub-saxlamaqla can atırıq. Biz bilirik ki, klublararası dünya çempionatında ən yaxşı komandalar iştirak edirlər, amma biz də bura ancaq iştirak üçün gəlməmişik. İndi bizə, ABŞ-dakı hava şəraətinə və saat qurşağına tez bir zamanda uyğunlaşmaq gərəkdir, axı oyunlara cəmi bir neçə gün qalır”, deyə İqor Tudor vurğulayıb.

Xatırladaq ki, “Yuventus” 2025-ci il FIFA Klub Dünya Kubokunda “G” qrupunda yer alıb və “Mançester Siti” (İngiltərə), “Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri) və “Vidad” (Mərakeş) klubları ilə mübarizə aparacaq.

Избранный
18
arena.az

1Источники