Hindistanda ötən həftə baş verən təyyarə qəzasında sağ qalan yeganə şəxsin videosu ortaya çıxıb.
NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki,onun təyyarədən çıxması görüntülərini “British Sun” yayımlayıb.
Kadrlarda dağıntılar altından çıxan kişinin gəzdiyi və kiminləsə telefonla danışdığı görünür.
Kişinin o cür dəhşətli qəzada belə salamat qalması sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Qeyd edək ki, həmin qəzada Britaniya vətəndaşı Vişvas Kumar Rameşi istisna olmaqla təyyarədə olanların hamısı həlak olmuşdu.