RU

Ərdoğan: İran-İsrail müharibəsinin diplomatik yolla həlli mümkündür

BAKI, 16 iyun. TELEQRAF

Türkiyə İran-İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə hərbi gərginliyi dayandırmaq üçün ciddi diplomatik səylər ortaya qoyur:

"Bu məqsədlə müxtəlif ölkələrinin liderləri ilə danışmışam. Mümkün problemin həlli diplomatiya və dialoq yolu ilə mümkündür. İrana hücum təkcə İrana aid olan hadisə deyil", - Ərdoğan bildirib.

Избранный
27
teleqraf.com

1Источники