RU

Netanyahu iranlılara, İran isə israillilərə çağırış etdi – “Tehranı boşaldın”, “Təl-Əvivi tərk edin”...


İsrailin İrana iyunun 13-də başladığı "Yüksək Aslan" hücumu və İranın cavab tədbirləri dördüncü gündür davam edir.

İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, strateji obyeklərinə və ali hərbi komandanlığına qarşı irimiqyaslı hücumlar təşkil edir. İran da İsrailə qarşı “Real Promise 3” adlandırdığı hücuma başlayıb. İranın yüzlərlə ballistik raket və pilotsuz təyyarələrlə hücumu Təl-Əviv və İsrailin bəzi şəhərlərində partlayışlara səbəb olub.

Bu arada, İsrailin baş naziri Benyamin Netanyahu Tehran xalqına müraciət edərək, iki əsas hədəfə doğru irəlilədiklərini və qələbəyə yaxın olduqlarını bildirib. "İsrail Hərbi Hava Qüvvələri Tehranın hava məkanına nəzarəti ələ kçirib. Bizim əsas məqsədimiz nüvə və raket təhlükəsinə son qoymaqdır. İranlılar, Tehranı boşaldın, hərəkətə keçirik" deyə Netanyahu bildirib.

İran isə İsrailin baş naziri Netanyahunun “Tehranı boşaldın” çağırışına “Təl-Əvivi tərk edin” deyərək cavab verib. Gecə yarısı İrana raket atacağı gözlənilən İran Təl-Əvivin boşaldılmasını istəyib. İran mətbuatı da İranın bu günə qədər İsrailə qarşı ən böyük hücumunu hazırladığını açıqlayıb.

Xatırladaq ki, İranın İsrailə ballistik raketlərlə cavab hücumları nəticəsində ölənlərin sayı 24-ə çatıb. İran Səhiyyə Nazirliyi isə cümə günündən bəri İsrailin hücumlarında ən azı 224 nəfərin öldüyünü açıqlayıb.

TAHİR

Избранный
18
baki-xeber.com

1Источники