RU

Hökumət nəqliyyat infrastrukturuna 15 milyard ayırır

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz İngiltərədə nəqliyyat layihələrinə 15 milyard funt sterlinq məbləğində investisiya ayrıldığını elan edib.

Avtosfer.az BBC-yə istinadla xəbər verir ki, vəsaitin əsas hissəsi Midlands, şimal və qərbi bölgələrdəki meri olan şəhərlərdə tramvay, qatar və avtobus layihələrinə yönəldiləcək.

Bu açıqlama gələn həftə keçiriləcək dövlət xərcləri icmalından öncə verilib. Həmin icmalda Britaniya hökumətinin müxtəlif departamentlərinə növbəti üç-dörd il ərzində ayrılacaq vəsaitin həcmi müəyyən olunacaq. Yeni investisiya paketinin əsas hissəsini tramvay xətləri təşkil edir. Mançesterə 2,5 milyard funt ayrılacaq ki, bu vəsait Stokport şəhərinə yeni xəttin çəkilməsinə, Bury, Mançester və Oldhamda yeni dayanacaqların əlavə olunmasına sərf olunacaq.

Vest-Midlands bölgəsi də 2,4 milyard funt sterlinq alacaq. Bu vəsait Birminqem mərkəzindən yeni idman kvartalına qədər tramvay xəttinin genişləndirilməsinə yönəldiləcək. Ümumilikdə daha altı meri olan bölgənin də nəqliyyat infrastrukturuna investisiya alacağı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
avtosfer.az

2Источники