RU

BDU Qlobal Dayanıqlı İnkişaf Konqresində öz stendi ilə təmsil olunur


Bakı Dövlət Universiteti (BDU) 16-19 iyun 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən və dünyanın aparıcı ali təhsil və tədqiqat institutlarını bir araya gətirən Qlobal Dayanıqlı İnkişaf Konqresində (Global Sustainable Development Congress) Azərbaycan pavilyonunda öz stendi ilə təmsil olunur.

Baki-xeber.com xəbər verir ki, dörd gün davam edəcək bu mühüm beynəlxalq tədbir nüfuzlu “Times Higher Education” (THE) reytinq agentliyi və Türkiyə Ali Təhsil Şurasının (YÖK) birgə təşəbbüsü ilə təşkil edilib. Konqres ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində apardıqları fəaliyyətləri müzakirə, qlobal əməkdaşlığı təşviq etmək və ortaq həll yollarını müəyyənləşdirmək üçün əhəmiyyətli platforma rolunu oynayır.

BDU-nun stendində Universitetin dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi təhsil və tədqiqat təşəbbüsləri, beynəlxalq əməkdaşlıq strategiyaları, yaşıl kampus təşəbbüsləri və iqlim dəyişikliklərinə uyğunlaşdırma ilə bağlı layihələri ziyarətçilərə təqdim olunur. Həmçinin, BDU-nun DİM-lərə uyğun olaraq həyata keçirdiyi fəaliyyətlər, Universitetin beynəlmiləlləşmə strategiyası çərçivəsində əldə etdiyi uğurlar və gələcək əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilir. Stend ətrafında interaktiv müzakirələr BDU-nun təcrübəsinin paylaşılması və yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətli imkanlar yaradıb. BDU-nun bu cür beynəlxalq tədbirlərdə iştirakı Universitetin qlobal miqyasda tanınmasına, elmi əməkdaşlıqların genişlənməsinə və Azərbaycanın ali təhsil sektorunun beynəlxalq platformalarda layiqincə təmsil olunmasına mühüm töhfə verir.

Günel CƏLİLOVA

Избранный
17
baki-xeber.com

1Источники