RU

İsfahan erməni icmasının başlarına od yağır, amma deyirlər ki... - FOTO

Musavat.com xəbər verir ki, İranın İsfahan şəhərində yaşayan erməni icmasının nümayəndələri son günlər yayılan panik xarakterli məlumatları təkzib ediblər. “Alik” qəzetinin baş redaktoru Aram Şahnazaryan Sputnik Armenia-ya verdiyi açıqlamada ofisin dağıldığı və yerli əhalinin kütləvi şəkildə evakuasiya edildiyi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Əlbəttə, ölkədən gedənlər var, lakin Tehran ‘ruhlar şəhərinə’ çevrilib və insanlar kütləvi şəkildə ölkəni tərk edir” kimi iddialar tamamilə əsassızdır,” – deyə o bildirib.

Şahnazaryan qeyd edib ki, “Alik” qəzetinin ofisi İsrailin hava hücumları nəticəsində zədələnib – partlayış dalğası ofisin pəncərələrini sındırıb, giriş qapısı və elektrik kabelləri zədələnib. Lakin hazırda bərpa işləri aparılır.

Təhlükəsizlik səbəbilə icmanın təhsil və mədəni tədbirləri müvəqqəti dayandırılıb, lakin erməni icması arasında yaralanan və ya həyatını itirən yoxdur.

İsfahan və digər şəhərlərdə həyatın müəyyən çətinliklərlə davam etdiyini deyən qəzet redaktoru, insanların əsasən ehtiyatlı davrandığını, lakin kütləvi panikanın olmadığını vurğulayıb.

Musavat.com

Избранный
8
musavat.com

1Источники