Süni intellektin psixoloji dəstək sahəsində istifadəsi təhlükəli nəticələrə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış rusiyalı psixoloq Yekaterina Orlova xəbərdarlıq edib.
Mütəxəssis vurğulayıb ki, insanın ən şəxsi və həssas məlumatlarını çatbota və ya "ChatGPT" kimi digər süni intellekt sistemlərinə etibar etməsi şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risklər yaradır:
"Ən narahatedici məqam şəxsi məlumatların həssaslığıdır. İnsanların qorxuları, travmaları və səmimi etirafları süni intellekt sistemlərinə ötürüldükdə, bu məlumatlar bəzən kibercinayətkarların əlinə keçə bilər", - deyə Orlova bildirib.
Psixoloqun sözlərinə görə, süni intellekt insan duyğularını tam şəkildə anlaya bilmir, çünki o, nə hiss edir, nə də empatiya qurur: "Süni intellekt qeyri-verbal siqnalları analiz edə bilmir. O, insanın səsini, baxışını, davranışındakı incə dəyişiklikləri hiss edə bilmədiyi üçün emosional baxımdan kritik vəziyyətlərdə düzgün reaksiya verməyə bilər. Bu isə təhlükəli nəticələr doğura bilər".
Orlova qeyd edib ki, bu texnologiyaların istifadəsində başqa bir təhlükə də ondan ibarətdir ki, insanlar süni intellektə həddindən artıq güvənərək peşəkar mütəxəssisə müraciəti təxirə sala bilərlər. (saglamolun.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта