RU

“WhatsApp”da yeni funksiya işə düşür – Status bölməsinə yenilik gəlir

Meta şirkətinə məxsus olan "WhatsApp" yaxın aylarda istifadəçilərə reklamlar göstərməyə başlayacaq. 

Reklamlar yalnız "status" bölməsində görünəcək.

Bu yenilik çərçivəsində istifadəçilər bir neçə status paylaşımını izlədikdən sonra araya reklamlar daxil ediləcək. Bu mexanizm “İnstagram”da hekayələr arasındakı reklamlara bənzər şəkildə işləyəcək.

“Meta” şirkəti bildirib ki, reklamlar istifadəçilərin yaşadığı ölkə və şəhər, istifadə etdikləri dil və izlədikləri kanallar kimi siqnallara əsaslanaraq təqdim ediləcək. Həmçinin istifadəçinin hansı reklamlarla qarşılıqlı əlaqədə olduğu da nəzərə alınacaq. Şirkət vurğulayıb ki, istifadəçilərin telefon nömrəsi, mesajları, zəngləri və qrupları reklamların hədəflənməsi üçün istifadə olunmayacaq.

Əgər bir istifadəçi “WhatsApp” hesabını “Meta”nın "Account Center" platformasına qoşubsa, bu zaman həmin hesabda mövcud olan reklam parametrləri tətbiq ediləcək.

Bundan əlavə, şirkət “WhatsApp”ın yayım funksiyası olan "Channels" bölməsində həm şəxsi istifadəçilərin, həm də bizneslərin öz kanallarını tanıdıb təbliğ etməsinə imkan verəcək. Bəzi yaradıcılar və şirkətlər isə abunəlik əsasında eksklüziv məzmun paylaşa biləcək. Bu ödənişlər tətbiq mağazaları vasitəsilə həyata keçiriləcək.

“Meta”nın verdiyi məlumata görə, hər gün 1,5 milyarddan çox istifadəçi "Status" və "Channels" funksiyalarından aktiv şəkildə istifadə edir.

İndiyədək “WhatsApp” əsas gəlirini "WhatsApp Business" platforması və "click-to-WhatsApp" reklamları vasitəsilə əldə edib. Meta son rüblük hesabatlarında bu iki sahəni gəlir mənbələri arasında əsas artım istiqamətləri kimi qeyd edib.

“WhatsApp”ın məhsul üzrə vitse-prezidenti Elis Nyuton Reks bildirib ki, bu addım tətbiqin monetizasiya strategiyasının növbəti mərhələsidir: “Yeni reklam və tanıtım məhsulları artıq öz yerini tapıb. Bu addım bizneslərin “WhatsApp” daxilində daha rahat kəşf edilməsinə imkan yaradır və məhz bunu da bizə biznes sahibləri daha çox istəyirdilər”

“WhatsApp” qeyd edib ki, reklamlar və digər funksiyalar yaxın aylarda bütün dünyada mərhələli şəkildə istifadəyə veriləcək. \\Valyuta.az 

Избранный
18
3
hurriyyet.az

4Источники