RU

Qazaxda evə basqın edildi

İyunun 16-da naməlum şəxslər axşam saatlarında rayonun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə basqın edərək ev sahibindən hədə-qorxu ilə pul tələb edib.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin cinayət işi başlanılıb, istintaq hərəkətləri və digər zəruri araşdırmalar davam etdirilir.

Избранный
24
21
modern.az

10Источники