RU

Aldıqları evə sahib ola bilmirlər – Yasamalda bir ev bir neçə nəfərə satılıbVİDEO

Kimisi evini ala, kimisi də aldığı evi təmir etdirə bilmir...

Xezerxeber.az xəbər verir ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında inşa edilən, "İnşaat konstruksiyaları" MMC-yə məxsus binadan mənzil alan bəzi sakinlər deyir ki, aldıqların mənzillərin bir neçə sahibi var. Lakin bir neçə il əvvəlki qiymətlərlə ödəniş etdiklərindən indi pul yox, həmin binadan mənzil istəyirlər.

Özünü binanı inşa edən MMC-nin rəsmisi olaraq təqdim edən Filman Cəfərov bildirdi ki, sakinə binanın 5-ci mərtəbəsindən mənzil təklif edilib və qanuni ona məxsusdur. O ki, qaldı digər sakinin müqaviləsinin ləğv edilməsinə...

Sakinlər arasında mənzilinin təmirinə icazə verilmədiyini iddia edənlər də var.

Filman Cəfərov təmirə icazə verilməməsinə səbəb ki, blokda işlərin yekunlaşmadığını göstərsə də, sakinlər həmin blokda artıq bir neçə mənzilin təmir edildiyini bildirdilər.

MMC-dən o da qeyd olundu ki, müqaviədə qeyd olunanla kvadratı üst-üstə düşməyən mənzillər ya yenidən qiymətləndirilməli, ya da qeyd olunan kvadratda mənzil ilə dəyişdirilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
25
5
xezerxeber.az

6Источники