Musavat.com xəbər verir ki, İsrail Müdafiə Ordusu (TsAXAL) bu gün rəsmi bəyanat yayaraq, İran Hərbi Hava Qüvvələrinə məxsus iki F-14 tipli qırıcı təyyarənin məhv edildiyini açıqlayıb. Bildirilir ki, bu əməliyyat İsrail Hərbi Hava Qüvvələrinin (İHHQ) Tehranın üzərində həyata keçirdiyi hücum zamanı baş verib.
Bəyanatda deyilir:
“Bu gün İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Tehran üzərində uçuş zamanı İranın paytaxtındakı hava limanında yerləşən iki F-14 qırıcısını vurub. Bu təyyarələr İsrail təyyarələrini ələ keçirmək üçün hazırlanmışdı. Eyni zamanda, İHHQ tərəfindən İsrailə doğru buraxılmağa cəhd edilən bir PUA-nın (pilotsuz uçuş aparatı) qarşısı alınaraq zərbə endirilib.”
İsrail ordusu bu əməliyyatın görüntülərini də yayımlayıb.
Bu, İsrailin son günlərdə İrana qarşı həyata keçirdiyi ən ciddi hava hücumlarından biri hesab olunur. F-14 qırıcıları İran Hərbi Hava Qüvvələrinin ən strateji aviasiya vasitələrindən sayılır.
Hadisə bölgədə gərginliyi bir qədər də artırıb. Tehran hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.
Musavat.com