RU

İran cavab zərbəsinin hədəfini öncədən açıqladı – Ramat-David aviabazası...

İran İsrailə qarşı cavab zərbəsi planları ilə bağlı növbəti dəfə açıq xəbərdarlıq edib. Tehran bu dəfə də hədəfini əvvəlcədən açıqlayıb.

Musavat.com xəbər verir ki, SNN telekanalının yaydığı məlumata görə, İran İsrailin İran ərazisinə endirdiyi hava hücumlarına qarşılıq olaraq Ramat-David hərbi hava bazasına sarsıdıcı zərbə endirməyə hazırlaşır.

Məlumata əsasən, hücumun yaxın saatlarda həyata keçiriləcəyi gözlənilir. Tehran rəsmiləri bu zərbənin “güclü cavab” və “qəti xəbərdarlıq” xarakteri daşıyacağını bəyan ediblər.

Qeyd edək ki, Ramat-David aviabazası İsrailin ən mühüm hava qüvvələri mərkəzlərindən biri hesab olunur və ölkənin şimalında yerləşir.

Musavat.com

Избранный
14
1
musavat.com

2Источники