RU

Qazaxda naməlum şəxs evə basqın edərək 3 nəfərə xəsarət yetirib

Qazaxda evə basqın edərək ər və arvada xəsarət yetirən şəxs saxlanılıb.

Far.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, naməlum şəxs iyunun 16-da axşam saatlarında rayonun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə basqın edərək ev sahibindən hədə-qorxu ilə pul tələb edib. O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin cinayət işi başlanılıb, istintaq hərəkətləri və digər zəruri araşdırmalar davam etdirilir.

***22:00

Qazaxda evə basqın edən maskalı şəxs 3 nəfərə xəsarət yetirib.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə Qazaxbəyli kəndində qeydə alınıb.

Maskalı şəxs (və ya şəxslər) mənzilə axşam daxil olub və ev sahibi, 1979-cu il təvəllüdlü Allahverdiyev Emin Yusif oğludan kiçik toy məclisindən yığılan pulları almağa çalışıb. O, bu zaman ev sahibini bıçaqlayıb, həyat yoldaşına və övladına xəsarət yetirib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
29
21
far.az

10Источники