RU

İsrail ordusu İrana məxsus raketlərin daşındığı yük avtomobillərini zərərsizləşdirib

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Ötən gün ərzində İsrail ordusu İrana məxsus olan və "yer - hava" tipli raketlərin daşındığı yük avtomobillərini zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

O da qeyd edilib ki, Ordunun əsas hədəfində İrana məxsus raket sistemlərinin quraşdırıldığı mövqelərin neytrallaşdırılmasıdır.

İsrail Müdafiə Qüvvələrindən, həmçinin, bir qədər əvvəlki aviazərbələr zamanı İranın dinc əhalisinə müraciət edildiyi və onların təhlükəli əraziləri tərk etməsinin istənildiyi qeyd olunub.

İsrail Ordusunun mətbuat katibi Effi Defrin bu gün axşam saatlarında İran tərəfindən İsrailin yaşayış məntəqələrinə daha geniş hücumların gözlənildiyini söyləyib və əhalini yalnız mühafizə olunan ərazilərdəki məntəqələrə sığınmağa çağırıb:

"Bu səbəbdən də mən təhlükəli bölgələrdə yaşayan bütün əhalini müdafiə xarakterli təlimatlara riayət etməyə çağırıram. Çünki bu təlimatlar insanların həyatını xilas etməyə yönəlib. Sonda bildiririk ki, Cabaliya, Xan-Yunis, eləcə də Qəzzanın şimalında və terrorun baş qaldırmağa çalışdığı istənilən ərazidə də antiterror əməliyyatları davam etdirilir. Qəzzadakı girovlara isə demək istəyirəm ki, siz tək deyilsiniz".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
4
apa.az

5Источники