RU

İran hava hücumundan müdafiə sistemi İsrailə məxsus F-35 qırıcı təyyarəsini vurub

İranın hava hücumundan müdafiə qüvvələri İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 tipli qırıcı təyyarəni Təbrizin şimal-qərb səmasında məhv edib.

 

Bu barədə İran KİV-ləri məlumat yayıb.

 

Məlumata görə, bu, İran ordusu tərəfindən indiyədək vurulan dördüncü İsrail F-35 təyyarəsidir.

 

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) son hesabatında 2024-cü il mayın 17-dək İranın 60%-lik zənginləşdirilmiş uran ehtiyatının 408,6 kiloqrama çatdığı bildirilir. Bu göstərici fevral ayındakı hesabatla müqayisədə 133,8 kiloqram artım deməkdir. Agentlik bu zənginləşdirmə səviyyəsinin silah səviyyəsi olan 90%-ə çatması üçün “qısa texniki addım” olduğunu vurğulayıb və İranı tam və effektiv əməkdaşlığa çağırıb.

Tarix: 16 İyun 2025, 23:15   
Избранный
9
1
pravda.az

2Источники