RU

Rusiya çağırış etdi: Azərbaycana gedin!

Ruslar İrandan quru yolu ilə “Astara” sərhəd-keçid məntəqəsindən Azərbaycana keçə bilərlər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə bu ölkəni quru yolu ilə tərk edərək Azərbaycana gedə bilərlər. İsraildən qonşu Misirə (Menahem Begin/Taba keçid məntəqəsi) və ya İordaniyaya (Şeyx Hüseyn keçid məntəqəsi) getmək mümkündür", - mətndə deyilir.

Rusiya XİN həmçinin “Azərbaycanda karantin rejimi ilə əlaqədar quru sərhədlərin bağlı olmasına da diqqət çəkib.

Избранный
16
10
axar.az

10Источники