RU

Fatih Terim "Əl-Şəbab"dan ayrıldı

"Əl-Şəbab" türkiyəli mütəxəssis Fatih Terim ilə yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis 2025/2026 mövsümündə klubun baş məşqçisi olmayacaq.

Klub rəhbərliyi ilə Fatih Terim arasında gələcək mövsüm üçün əməkdaşlıq davam etdirməmək qərarı qəbul olunub.

2024-cü ilin dekabrında Səudiyyə Ərəbistanı təmsilçisinin baş məşqçisi təyin olunan Terim 23 oyunda 1.74 xal ortalaması göstərib.

Избранный
26
90deqiqe.az

1Источники