RU

Cənubi Afrikada daşqınlarda ölənlərin sayı 90-a çatıb

Cənubi Afrikanın Şərqi Keyp əyalətində güclü yağış və qar fırtınasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, ötən həftə güclü yağışların səbəb olduğu daşqınlarda 30-u uşaq olmaqla ümumilikdə 90 nəfər həyatını itirib.

Bəyanatda cəsədinin şəxsiyyəti müəyyən edilən 80 nəfərdən 77-nin ailələrinə təhvil verildiyi bildirilib və bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Избранный
22
operativmm.az

1Источники